...

Yanvar-aprel aylarında Azərbaycanın qaz sisteminə təxminən 4 milyard kubmetr qaz daxil olub

Energetika Materials 17 May 2010 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Yanvar-aprel aylarında ARDNŞ tərəfindən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxili tələbatı ödəmək və ixrac əməliyyatlarını təmin etmək məqsədilə təxminən 4 milyard kubmetr qazdan istifadə edilib. Bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

İstifadə olunan qazın ümumi həcmindən 3,94 milyard kubmetrə yaxını sənaye müəssisələrinə, əhaliyə və "Azərenerji" SC-yə (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) verilib. Yerdə qalan həcmlər Gürcüstan və Rusiya ilə ixrac əməliyyatlarına, eləcə də Naxçıvan Muxtar Respublikasının (NMR) təbii qazla təminatına yönəlib.

Yanvar-aprel aylarında ARDNŞ tərəfindən ölkənin qaz sisteminə 3,96 milyard kubmetrə yaxın qaz verilib ki, bu da proqnozlaşdırılandan 592 milyon kubmetr çoxdur. Bununla yanaşı, sənaye müəssisələrinin, əhalinin qazla təmin edilməsi və ixrac müqavilələri çərçivəsində öhdəliklərə əməl olunması üçün ölkənin yeraltı qaz anbarlarından 631 milyon kubmetrə yaxın qaz götürülüb. Bununla yanaşı, bu dövr ərzində qaz anbarlarına 87,4 milyon kubmetrdən artıq qaz vurulub.

Yanvar-aprel aylarında NMR-in qazla təchiz olunması üçün İranla "svop" əməliyyatlar çərçivəsində 114,4 milyon kubmetrə yaxın qaz verilib. Apreldə bu göstərici 32 milyon kubmetrdən çox təşkil edib.

Xəbər lenti

Xəbər lenti