...

Samsun-Ceyhan neft kəməri Türkiyənin Qazaxıstanla əməkdaşlığına yeni impuls verəcək - Abdullah Gül

Energetika Materials 26 May 2010 20:51 (UTC +04:00)
Türkiyə ilə Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq Qazaxıstan neftinin Samsun-Ceyhan neft kəməri ilə daşınması ilə yeni impuls alacaq.Bu haqda çərşənbə günü Astanada Qazaxıstan parlamentində çıxış edərkən Türkiyə prezidenti Abdullah Gül danışıb.

Azərbaycan, Bakı, 26 may /Trend müxbir S.Süleymanov/

Türkiyə ilə Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq Qazaxıstan neftinin Samsun-Ceyhan neft kəməri ilə daşınması ilə yeni impuls alacaq.Bu haqda çərşənbə günü Astanada Qazaxıstan parlamentində çıxış edərkən Türkiyə prezidenti Abdullah Gül danışıb.

"Mən inanıram ki, bizim energetika sahəsindəki əməkdaşlığımız Qazaxıstan neftinin Samsun-Ceyhan neft kəməri ilə daşınması ilə yeni vektor alacaq.Bununla əlaqədar olaraq, işlər aparılır", - Abdullah Gül deyib.

O deyib ki, qazax neftinin 2008-ci ilin noyabrından Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınması sayəsində Qazaxıstanın beynəlxalq bazarlara çıxması energetika sahəsində əməkdaşlığın vacib keçid mərhələsini formalaşdırıb.

"Bizim Qazaxıstanla olan gözəl siyasi münasibətlərimiz, açıq və dost dialoqumuz və məsləhətləşmələrimiz energetika sahəsindəki əməkdaşlıqda hərəkətverici qüvvəni formalaşdırır və enerji daşıyıcılarının nəqli sahəsində Türkiyənin maraqlarının həyata keçirilməsinə köməklik göstərir", - Türkiyə prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti