...

Azərbaycandan qaz ixracı 2010-cu ildə, demək olar, 8 milyard kubmetr təşkil edəcək - nazir

Energetika Materials 2 İyun 2010 11:27 (UTC +04:00)
2010-cu ildə müxtəlif istiqamətlərdə Azərbaycan qazının ixracı 7,8 milyard kubmetr təşkil edəcək. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib.
Azərbaycandan qaz ixracı 2010-cu ildə, demək olar, 8 milyard kubmetr təşkil edəcək - nazir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə müxtəlif istiqamətlərdə Azərbaycan qazının ixracı 7,8 milyard kubmetr təşkil edəcək. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu il Türkiyəyə 6,4 milyard, Gürcüstana 0,3 milyard, Rusiyaya 1 milyard, İrana 0,1 milyard kubmetr qaz ixrac ediləcək.

Nazirin məlumatına görə, 2010-cu ildə Azərbaycanda qaz hasilatı 30 milyard kubmetr təşkil edəcək ki, bunun 8 milyardı "Şahdəniz" yatağının payına düşür. 2009-cu ildə Azərbaycanda 23 milyard kubmetr qaz hasil olunub ki, bunun 5,4 milyardı "Şahdəniz" yatağının payına düşüb.

Xəbər lenti

Xəbər lenti