...

EGL AG şirkəti Azərbaycanda nümayəndəliyini açıb

Energetika Materials 29 İyun 2010 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir N.İsmayılova/

May ayında Azərbaycanda vergi orqanlarında EGL AG şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə ölkənin Vegilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Təsisçi qismində İsveçin EGL AG şirkəti çıxış edir. Təşkilat dövlət qeydiyyatından 21 may 2010-cu il tarixdə keçib. Şirkətin qanuni nümayəndəsi Almaniya vətəndaşı Markus Brokhofdur.

EGL Avropanın energetika sahəsindəki treydinq şirkətidir. O, İsveçdə ən iri enerji tədarükçüsü olan Axpo Group-un üzvüdür.

İyunun 29-na olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti