...

Azərbaycan və Suriya qaz tədarükü üzrə sazişi imzalamaq barədə razılığa gəliblər

Energetika Materials 30 İyun 2010 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan və Suriya ilk hökumətlərarası komissiyanın iclası zamanı 20 il ərzində 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü üzrə sazişin imzalanması barədə razılığa gəliblər. Bu barədə hökumətlərarası komissiyaların sədrləri İsmət Abbasov və Süfyan əl-Alao komissiyanın yekunları üzrə mətbuat konfransında bildiriblər.

Suriya 2011-ci ilin ortalarından qaz ixracına başlamaq niyyətindədir. Azərbaycan qazının Suriyaya tədarük edilməsinin Gürcüstan və Türkiyə ərazisi vasitəsilə mövcud infrastruktur və Türkiyə ilə Suriya arasında hazırda tikilməkdə olan birləşdirici qaz boru kəməri üzrə tədarükü planlaşdırılır.

İclas zamanı tərəflərin komissiyaları Azərbaycan və Suriyada neft-qaz birgə müəssisələrinin yaradılması və Azərbaycanda suriyalı mütəxəssislərin hazırlanması imkanlarını nəzərdən keçiriblər.

Hazırda tərəflər əməkdaşlıq üzrə 9 layihənin hazırlanmasını başa çatdırıblar. Bunlar mülki aviasiya, bank sahəsi, veterinariya, fövqəladə hallar, təhsil, səhiyyə və s. sahələrdir.

Xəbər lenti

Xəbər lenti