...

İran və Rusiya energetika sahəsində "yol xəritəsi"nin hazırlanması üzrə saziş imzalayacaqlar

Energetika Materials 12 İyul 2010 17:25 (UTC +04:00)
İyulun 14-də İranın neft naziri Məsud Mirkazımi Moskvaya səfər edəcək. Bu barədə FARS agentliyi məlumat yayıb.
İran və Rusiya energetika sahəsində "yol xəritəsi"nin hazırlanması üzrə saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 14-də İranın neft naziri Məsud Mirkazımi Moskvaya səfər edəcək. Bu barədə FARS agentliyi məlumat yayıb.

Mirkazımi birgünlük səfəri zamanı Rusiyanın energetika naziri Sergey Şmatko və bu ölkənin Mərkəzi Bankının rəhbəri ilə görüşəcək. Səfər çərçivəsində İran və Rusiya arasında energetika sahəsində əməkdaşlıq üçün "yol xəritəsi"nin hazırlanması üzrə saziş imzalanacaq.

SHANA agentliyinin məlumatına əsasən, İranın Neft Nazirliyinin beynəlxaklq münasibətlər katibliyinin Avropa, Amerika, Xəzər ölkələri üzrə idarəsini rəhbəri Hüseyn İsmailinin sözlərinə görə, sazişdə hazırlanması göstərilən "yol xəritəsi" qarşıdakı 30 il ərzində iki ölkə arasında əməkdaşlıq proqramını müəyyən edir.

Onun sözlərinə görə, saziş İrandan olan sərmayədarların Rusiyanın neft-qaz sənayesinə sərmayə yatırmaq hüququna malik olmalarını nəzərdə tutur. "Yol xəritəsi"nin hazırlanmasında ən mühüm məsələ hər iki ölkənin, eləcə də istənilən üçüncü ölkədə yerləşən neft-qaz yataqlarının inkişafı üzrə İran və Rusiyanın birgə işidir", - İsmaili bildirib.

Onun sözlərinə görə, "yol xəritəsi"nin hazırlanmasından sonra İranla Rusiya arasında əməkdaşlıq bu sənəd çərçivəsində davam etdiriləcək, neft-qaz sahəsində hər hansı başqa əməkdaşlıq bu çərçivələrə daxil ediləcək.

"Yol xəritəsi" layihəsində bir ölkənin neftinin birjada digərinə satılması, birgə şirkətlərin yaradılması, birgə energetika bankının və fondunun yaradılması kimi məsələlər öz əksini tapır", - İsmaili deyib.

Xəbər lenti

Xəbər lenti