...

ARDNŞ-in Türkiyədəki Neft Emalı Zavodu 2014-cü ildə istismara veriləcək

Energetika Materials 24 İyul 2010 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/Trend, müxbir E.İsmayılov/

"SOCAR-Turcas" birgə müəssisəsi Türkiyədə yeni neft emalı zavodunun tikintisini 2014-cü ildə başa çatdırmağı planlaşdırıb. Bu barədə şənbə günü Petkim neft emalı zavodundan bildiriblər. Yeni NEZ "Petkim"i xammalla təmin etmək üçün tikiləcək. ARDNŞ "Petkim" neft-kimya kompleksinin sahiblərindən biridir.

"İldə 10 milyon ton neft gücünə malik zavodu 2014-cü ilin sonuna istismara verilməsi planlaşdırılıb", - "Petkim"-dən bildiriblər.

Bu günlərdə "SOCAR-Turcas" birgə müəssisəsinə yeni NEZ-in tikintisi üzrə lisenziyanın verilməsinin təntənəli mərasimi keçirilib.

Öncədən İsveçrənin Foster Wheeler AG şirkəti öz bölmələrindən birinin "SOCAR/TURCAS Rafineri AS" şirkətindən Türkiyədə NEZ tikintisi çərçivəsində müqavilə aldığını elan edib. Müqavilə yeni NEZ-in tam mühəndis dizaynını və "Foster Wheeler" şirkətinə məxsus SYDECSM texnologiyası üzrə kokslaşdırılmış yavaş sürətli qurğunun tikintisinin ilkin mühəndisliyini nəzərdə tutur.

Foster Wheeler müqavilə üzrə bütün işləri 2010-cu ilin sonunadək yerinə yetirməyi planlaşdırıb.

Yeni zavodun gücü ildə 10 milyon ton təşkil edəcək. Bunlardan dörd milyon ton "Petkim"in xammala olan tələbatını ödəmək üçün göndəriləcək. Qalan hissə, xüsusilə dizel yanacağı, aviakerosin və digər enerji daşıyıcıları Türkiyə və Avropanın bazarlarında realizə ediləcək.

2008-ci ildə ARDNŞ-in "Turcas Petrol/Injaz Projects" şirkəti ilə alyansı "Petkim" kimya konsernin səhmlərinin satışının 51 faizi üzrə tenderin qalibi olub. Alyans şirkətin səhmlərinə 2,04 milyad dollar təqdim edib. Hazırda Türkiyə 70-75 faiz zəruri kimya məhsullarını idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına investisiyaları məhsul idxalını 30 faizədək azaldacaq.

"Petkim Petrokimya Holding" plastik qablaşdırma, parça, yuyucu vasitələr istehsal etməklə, Türkiyədə bu növ məhsul üzrə yeganə istehsalçıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti