...

Avropa İttifaqı "Nabucco" layihəsinin reallaşdırılması üçün çox iş görür – ABŞ-ın xüsusi elçisi Riçard Morninqstar

Energetika Materials 28 İyul 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Süleymanov/

Qazaxıstan qazının "Nabucco" boru kəməri ilə daşınmasının yaxın vaxtlarda həyata keçirilməməsi mümkündür, çünki hazırkı mərhələdə Qazaxıstanda qaza daxili tələbat var və bununla yanaşı, qaz nəqlinin digər marşrutları da mövcuddur. Bu barədə ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar çərşənbə günü Astanada bəyan edib.

Lakin onun sözlərinə görə, neftlə birgə çoxlu səmt qazının da hasil olunacağı Kaşağan yatağının, eləcə də Karaçaqanak yatağının mənimsənilməsi ilə Qazaxıstan qazı Qərbə gedə bilər.

Morninqstarın dediyi kimi, Avropa İttifaqı "Nabucco" layihəsinin reallaşdırılması üçün çox işlər görür.

"Mənim Qazaxıstan Prezidentinə böyük hörmətim var, lakin bu məsələdə onunla razılaşmamağı özümə rəva bilirəm. Çünki Avropa İttifaqı "Nabucco" layihəsinin, eləcə də bütün "Cənub dəhlizi" üçün çox işlər görür", - Morninqstar deyib.

Bu ayın əvvəlində AFR kansleri Angela Merkellə birgə mətbuat konfransında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Aİ "Nabucco" layihəsinin reallaşması üçün az işlər görür.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir.

Bu gün Azərbaycan, İraq və Türkmənistana layihə üçün əsas qaz tədarükçuləri kimi baxılır. O cümlədən, layihənin birinci fazasının reallaşdırılması mənbələrindən biri kimi, Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qaz nəzərdə tutulur.

Bu gün layihənin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti