...

ARDNŞ Gürcüstanda növbəti yanacaqdoldurma məntəqələrini istismara verib

Energetika Materials 3 Avqust 2010 20:05 (UTC +04:00)
"SOCAR Georgia Petroleum" çərşənbə axşamı Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən daha üç yanacaqdoldurma məntəqəsi açıb.
ARDNŞ Gürcüstanda növbəti yanacaqdoldurma məntəqələrini istismara verib

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.İsmayılov/

"SOCAR Georgia Petroleum" çərşənbə axşamı Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən daha üç yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Yanacaqdoldurma məntəqəsinin biri Batumi şəhərinin girişində, digəri isə çıxışında - Gürcüstan-Türkiyə sərhədinə gedən yolda açılıb.

"SOCAR" brendi altında fəaliyyət göstərən iki yeni yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə məntəqələrin ümumi sayı 42-yə çatıb.

Yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri, "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşolamadze, habelə ictimaiyyətin digər rəsmi şəxsləri və nümayəndələri iştirak ediblər.

"SOCAR Georgia"nın həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və Vano Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti