...

ARDNŞ qurudakı yataqda yeni neft quyusu istismara verib

Energetika Materials 6 Avqust 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) "Cəfərfli" quru yatağında yeni neft quyusu istismara verib. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, quyunun dərinliyi 3990 metrdir, sutkalıq debit  - 11 tondur. Quyunun qazılmasını "Qobustan" Qazma İşləri İdarəsi həyata keçirib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti