...

ARDNŞ Azərbaycanın qaz emalı zavodunda ekoloji işlər aparır

Energetika Materials 9 Avqust 2010 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) yanvar-iyun aylarında ekoloji vəziyyətin və ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanın qaz emalı zavodunda təmir və bərpa işləri həyata keçirib. Bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin bazar ertəsi yaydığı məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, bu müddət ərzində bəzi texniki qurğularda istismara yararsız olan boru xətləri dəyişdirilib və istismar olunmayan çənlərin demontajı aparılıb.

Eləcə də bu il üzrə tədbirlər planı çərçivəsində istehsal prosesində yaranan çirklənmə mənbələrinin aradan qaldırılması, çirklənmiş ərazilərin təmizlənməsi və onların abadlaşdırılması üzrə işlər yerinə yetirilib.

Həmçinin, mütəmadi olaraq istehsal gedişində əmələ gələn tullantıların xüsusi olaraq ayrılmış meydançalarda (qapalı) yerləşdirilərək çeşidlənməsi həyata keçirilib. Çeşidlənmiş tullantılar sonradan utilizə üçün ARDNŞ Ekoloji İdarəsinin tullantılar mərkəzinə verilir.

Xəbər lenti

Xəbər lenti