...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda səmt qazının yandırılması üzrə tədqiqatlara başlayır

Energetika Materials 18 Avqust 2010 17:30 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanda səmt (neft) qazının yandırılması üzrə tədqiqatlara başlayır. Bu barədə bankın məlumatında deyilir.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda səmt qazının yandırılması üzrə tədqiqatlara başlayır

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanda səmt (neft) qazının yandırılması üzrə tədqiqatlara başlayır. Bu barədə bankın məlumatında deyilir.

Bu tədqiqatın aparılması üzrə maraq ifadəsi sentyabrın 18-dək bankın Londondakı ofisində qəbul edilir.

Bankın əməliyyatlar apardığı ölkələrdə, xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanda yandırılan və ya havaya buraxılan böyük həcmdə APG mövcuddur. Məlumata görə, dünyada APG-in yandırılması üzrə lider olan Rusiyada hazırda ildə 20 milyard kubmetr qaz yandırılır. Baxmayaraq ki, real rəqəmlərin bundan iki dəfə çox olduğunu göstərən məlumatlar var.

Bank bu sahədə öz əməliyyatlarını planlaşdırmaq məqsədilə tədqiqat aparır. Onun əsas vəzifəsi APG-dən istifadə üçün daha əlverişli texniki həllin tapılması və uçot üçün yararlı olan layihə xətlərinin hazırlanmasıdır.

Tədqiqatın əsas məqsədləri bunlardır:

- Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanda səmt qazının yandırılması sahəsində mövcud vəziyyətin xülasəsi və təhlili, banka müvafiq hakimiyyət orqanları ilə siyasi dialoqun aparılmasında kömək göstərilməsi;

- həyat qabiliyyətli texnologiyalar və biznes-planlar baxımından APG-nin utilizasiyasının alternativ variantlarının aşkara çıxarılması və təhlili;

- dörd ölkə və daha müvafiq texnologiyalar üçün əlverişli konkret tədqiqatlar formasında uçot üçün yararlı olan bir sıra investisiya layihələrinin işlənməsi;

- tədqiqatın nəticələrinin bank, şirkət nümayəndələrinə, müvafiq vəzifəli şəxslərə, nizamlama orqanlarına təqdim olunacağı müvafiq ölkələrdə bir sıra işçi iclasların keçirilməsi.

Müqavilənin fəaliyyət müddətinin tələbatın, məsləhətçinin qənaətbəxş işinin və maliyyə vəsaitinin olacağı halda uzadılması mümkünlüyü ilə 9 ay təşkil edəcəyi güman olunur. Layihənin maksimum büdcəsi 1 mln avrodur.

Namizədlər haqqında məlumatda şirkətin profili, son beş ildə reallaşdırılan oxşar layihələrin detalları və layihəyə cəlb olunmuş mütəxəssislərin CV-ləri göstərilməlidir.

Maraq ifadəsi ingilis dilində eSelection vasitəsilə elektron şəkildə təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti