...

"BP-Azərbaycan"da davamlı inkişaf haqqında hesabatın təqdimatı keçirilib

Energetika Materials 1 Sentyabr 2010 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.İsmayılov/

2009-cu ilin yekunlarına görə, Xəzərin Azərbaycan sektorunda BP-nin operatoru olduğu "Şahdəniz" qaz-kondensatı yatağında iki hasilat quyusu şirkətin bütün hasilat quyuları arsında hasilat həcminə görə üçüncü və dördüncü yeri tutub. Bu barədə Bakıda təqdimatı keçirilən "BP-Azərbaycan" şirkətində davamlı inkişaf haqqında hesabat - 2009" hesabatında deyilir.

Tədbirdə nəşrlər və əməkdaşlar üçün proqramlar şöbəsinin müdiri Rəşad Bayramov illik hesabatın hazırlanması çərçivəsində aparılan işlər haqqında danışıb.

Hesabatda deyildiyinə görə, üçüncü yeri neft ekvivalentində sutkalıq 45 342 debit barellə "Şahdəniz" (a) quyusu, dördüncü yeri isə neft ekvivalentində 42 548 barellə "Şahdəniz" (b) quyusu tutur.

Birinci yeri müvafiq olaraq neft ekvivalentində sutkalıq 72 737 barellə və neft ekvivalentində 72 558 barellə Avstraliyadakı iki quyu tutur.

Səkkizinci yerdə "Mərkəzi Azəri" yatağındakı (a) hasilat quyusu (neft ekvivalentində sutkada 34 187 barel), doqquzuncu yerdə "Qərbi Azəri" yatağındakı (a) quyusu (33 981 barel), 11-ci yerdə "Mərkəzi Azəri" yatağındakı (b) quyusudur (31 290 barel).

13-cü və 15-ci yerləri müvafiq olaraq "Qərbi Azəri" yatağındakı (b) və (c) quyuları neft ekvivalentində sutkalıq 31 210 və 30 126 debit barellə tutur. 14-cü yerdə neft ekvivalentində sutkalıq 30 695 debit barellə "Şahdəniz" (c) quyusu gəlir.

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatorudur.

Xəbər lenti

Xəbər lenti