...

Özbəkistanda 50 meqavat gücündə "Əndican" SES istismara verilib

Energetika Materials 2 Sentyabr 2010 11:24 (UTC +04:00)
Özbəkistanın Əndican vilayətində 50 meqavat gücündə kiçik Əndican SES istismara verilib. Bu barədə Trend-ə ölkənin Kənd bə Su Təsərrüfatı Nazirliyinin struktur bölməsi və tikintinin sifarişçisi - "Özsuenerji" birliyinin rəhbərliyindən məlumat veriblər.
Özbəkistanda 50 meqavat gücündə "Əndican" SES istismara verilib

Özbəkistan, Daşkənd, 2 sentyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistanın Əndican vilayətində 50 meqavat gücündə kiçik Əndican SES istismara verilib. Bu barədə Trend-ə ölkənin Kənd bə Su Təsərrüfatı Nazirliyinin struktur bölməsi və tikintinin sifarişçisi - "Özsuenerji" birliyinin rəhbərliyindən məlumat veriblər.

Xəbər verildiyi kimi, SES-in tikintisi cari ilin əvvəlində başa çatıb və stansiya son vaxtlaradək test rejimində işləyib. Hazırda elektrik enerjisinin istehsalına başlayıb və respublikanın enerji balansına qoşulub. Əndican SES il ərzində 171,1 milyon kvt/saat elektrik enerjisi istehsal edəcək.

Əndican su anbarının yanında Əndican SES-in tikintisi "China National Electric Equipment Corporation" (CNEEC, Çin Milli Elektrik Avadanlıqları Korporasiyası) tərəfindən tikilib. Korporasiya tikintinin baş podratçısıdır.

2007-ci ildə CNEEC Özbəkistanın Kənd və Su Təsərrüfatı Nazirliyi ilə Əndican və Axanqaran SES-in (Daşkənd vilayəti) tikintisinin həyata keçirilməsi üçün 18 milyon dollar dəyərində müqavilə imzalayıb.

CNEEC müqaviləyə uyğun olaraq, "Əndican" və "Axanqaran" SES-in iki enerji blokunda avadanlıqların satışını və quraşdırılmasını, eləcə də personalın təhsilini həyata keçirib.

Bundan əvvəl xəbər verilmişdi ki, 2010-cu ilin əvvəllərində inşa edilən "Axanqaran" SES iyunda istismara veriləcək. SES hər il "Axanqaran" su anbarında 66,5 milyon kvt/s elektrik enerjisi istehsal edəcək.

Layihəsinin ümumi dəyəri 28,5 milyon dollar təşkil edən "Əndican" SES-in tikintisinin maliyyələşdirilməsi hökumətin zəmanəti ilə Çin "Ekzimbank"ının 15,93 milyon dollar həcmində krediti və "Özsuenerji"nin vəsaitləri hesabına həyata keçirilib.

Xəbər verildiyi kimi, Özbəkistan 2010-2014-cü illərdə ölkənin təbii su axarlarında iki kiçik SES tikməyi planlaşdırır. Onların ümumi gücü 323,6 mvt və ümumi ilkin dəyəri 255,7 milyon dollar təşkil edir.

Həmçinin, Daşkənd regionunda ümumi gücü 203,6 mvt və ilkin dəyər qiyməti 227,8 milyon dollar olan dörd SES, eləcə də Surxandar vilayətində gücü 120 mvt və dəyəri 148,9 milyon dollar olan iki SES iqtisadi baxımdan səmərəli hesab edilir.

Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Özbəkistan 2008-ci illə müqayisədə elektrik enerjisi istehsalını 0,3 faiz- 49,954 milyard kvt/saatadək azaldıb. 2010-cu ilin yanvar-iyun aylarında Özbəkistanda elektrik enerjisinin istehsalı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,1 faiz - 25,945 milyard kvt/saatadək artıb.

Xəbər lenti

Xəbər lenti