...

Avropa vaxt və qaz itirir – Trendin icmalçısı

Energetika Materials 4 Sentyabr 2010 15:48 (UTC +04:00)
Həmişə inkişaf etmiş neft sənayesilə tanınmış Azərbaycan son dörd il ərzində bu günkü reallaqlarda neft və neft məhsulalrından heç də az önəmli olmayan qaz ixracı məsələlərində öz mövqeyini daha da gücləndirir. Bu faktın sübutlarından biri dünən Azərbaycan qazının Rusiyaya ixracı haqda sazişə əlavənin imzalanmasıdır. O, 2011-ci ildə yanacaq ixracının iki dəfə - iki milyard kubmetrədək və 2012-ci ildə yenidən artırılmasını nəzərdə tutur.
Avropa vaxt və qaz itirir – Trendin icmalçısı

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Seymur Əliyev, Trend agentliyinin direktor müavini

Həmişə inkişaf etmiş neft sənayesilə tanınmış Azərbaycan son dörd il ərzində bu günkü reallaqlarda neft və neft məhsulalrından heç də az önəmli olmayan qaz ixracı məsələlərində öz mövqeyini daha da gücləndirir. Bu faktın sübutlarından biri dünən Azərbaycan qazının Rusiyaya ixracı haqda sazişə əlavənin imzalanmasıdır. O, 2011-ci ildə yanacaq ixracının iki dəfə - iki milyard kubmetrədək və 2012-ci ildə yenidən artırılmasını nəzərdə tutur.

Rusiyaya qaz ixracını başlanması və onun artırılması hər şeydən əvvəl iqtisadi məqsəduyğunluq kimi prinsipi əsasında diqtə olunub. Bu həm hazır infrastrukturun, xüsusi çevik formul üzrə hesablanan real dəyərin olması, ixrac yolu üzərində tranzit ölkələrin olmamasıdır. Azərbaycan dəfələrlə öz enerji daşıyıcılarının ixracının həyata keçirilməsində siyasi motivlərin olmamasını və iqtisadi səmərəlilik məqsədlərinə sadiqliyini, öz enerji təhlükəsizliyi və ixrac marşrutlarının şaxələndirilməsini bəyan edib.

Dünən Prezident İlham Əliyevin bəyan edib:" Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınacaqdır".

Rusiyaya qaz tədarükünün həcminin artırılması heç də nəqlin digər marşrutlarından imtina etmək demək deyil. Azərbaycan həmişə öz enerji daşıyıcılarının çoxvariantlılığına sadiq olub və bundan sonra da sadiq olacaq. Bu, hər şeydən əvvəl, nəqlin yeganə marşrutundan asılılığın olmamasına, satışın effektivliyinin artırılmasına və müxtəlif bazarlarda əməliyyatlara gətirib çıxarır.

Hazırda ölkənin sübut edilən qaz ehtiyatları iki trilyon kubmetr, potensial ehtiyatlar isə beş trilyon kubmetr qiymətləndirilir. Bu il Azərbaycanda 30 milyard kubmetrə yaxın qaz hasil ediləcək. 2016-cı ildən sonra respublikanın "Şahdəniz" qaz kondensatı yatağının işlənməsinin ikinci mərhələsi sayəsində öz ixrac potensialını xeyli artıracağı gözlənilir. Artıq həyata keçirilən birinci mərhələ çərçivəsində pik hasilatın 8,6-9 milyard kubmetr səviyyəsində olacağı nəzərdə tutulub. Layihənin ikinci mərhələsinin həyata keçirilməsi bu yataqdan illik hasilatı 25 milyard kubmetrədək artıracaq.

İndi Azərbaycan öz qazını Rusiyadan başqa, Türkiyə və Gürcüstan bazarlarına da nəql edir, eləcə də Naxçıvan Muxtar Respublikasını qazla təmin etmək üçün İrana tədarük edir. İlin sonunadək Azərbaycan qazının İrana kommersiya tədarükünün başlayacağı gözlənilir. İran gələcəkdə 10 milyarda qədər artırılmaq imkanı ilə ildə beş milyard kubmetr almaq istəyində olduğunu bildirib. Azərbaycan qazının alınması üçün istəyi Suriya və İordaniya da bildirib. Türkiyə isə tədarükün həcmini artırmaq niyyətindədir.

Azərbaycan qazının perspektivli marşurutları kimi "Cənubi enerji dəhlizi" fikrini hesab etmək olar. Bu dəhlizdə "Nabukko", "ITGI" və Transadriatik qaz kəməri kimi qaz kəmərlərinin tikilməsi nəzərdə tutulub.

Maye və sıxılmış Azərbaycan qazının Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana, oradan isə Avropa ölkələrinin qaz kəmərləri ilə gələcək nəqli layihəsi nəzərdən keçirilir.

Çoxlu sayda müxtəlif marşrutların olması təbii ki, Azərbaycan qarşısında öz qazının müxtəlif bazarlara tədarükü üçün böyük imkanlar açır. Lakin bu proses təkcə Azərbaycan qazının potensial alıcılarını deyil, həm də Xəzər regionunun digər yanacaq istehsalçılarını da fikirləşməyə vadar etməlidir. Bu ilk növbədə Cənubi enerji dəhlizindəki qaz kəmərləri tərəfdaşlarına aiddir. Boru kəməri layihələrinin həyata keçirilməsi prosesinin yubadılması Xəzər qazının tədarükünün digər marşrutlarının iqtisadi məqsəduyğunluğunu yüksəldir, potensial alıcı və satış bazarlarının saylarını artırır. Əbəs yerə deyil ki, müxtəlif layihələr fonunda Azərbaycan qazının hətta əks istiqamətdə - Qazaxıstan ərazisi ilə Çinə nəqli layihəsi nəzərdə tutulur. Azərbaycanın nümunəsi xeyli karbohidrogen ehtiyatlarına malik Xəzər regionu və Orta Asiyanın digər ölkələrinə də aiddir. Onların sırasında Qazaxıstan, Özbəkistan, İran və hər şeydən əvvəl Türkmənistan kimi ölkələr var.

Avropa istehlakçıları başa düşməlidirlər ki, indi böyük tələbatın olduğu qaza həmişə alıcı tapılar və boru kəməri marşrutlarının yaradılması üzrə konkret qərarların qəbul edilməsi və fəal fiziki fəaliyyətə başlanılması üçün Avropadakı potensial istehlakçıların getdikcə daha az vaxtı qalıb.

Xəbər lenti

Xəbər lenti