...

Türkmənistan İran, Əfqanıstan və Türkiyəyə elektrik enerjisinin tədarükü həcmini artırır

Energetika Materials 11 Sentyabr 2010 13:54 (UTC +04:00)
Türkmənistan mütəmadi olaraq İran, Əfqanıstan və Türkiyəyə elektrik enerjisi tədarükünün həcmini artırır. Bu barədə ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müraciətində deyilir.
Türkmənistan İran, Əfqanıstan və Türkiyəyə elektrik enerjisinin tədarükü həcmini artırır

Trend-i buradan izləyin

Türkmənistan, Aşqabad, 11 sentyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan mütəmadi olaraq İran, Əfqanıstan və Türkiyəyə elektrik enerjisi tədarükünün həcmini artırır. Bu barədə ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müraciətində deyilir.

Energetika işlərinə ünvanlanan müraciət şənbə günü qeyd edilən peşə bayramları ilə əlaqədar olunub.

Müraciətdə deyilir ki, Türkmənistan Qazaxıstana və iqtisadi baxımdan daha sərfəli olan Əfqanıstan vasitəsilə tranzitlə Pakistana elektrik enerjisinin tədarükü imkanlarını öyrənir.

Türkmənistan rəhbəri qeyd edib ki, enerji resurslarına tələbat bütün dünyada artır.

"Bununla əlaqədar xarici ölkələr Türkmənistanla elektrik enerjisi sahəsində konstruktiv dialoq üzrə öz fəaliyyətlərini mütəmadi olaraq gücləndirirlər", - o deyib.

Berdiməhəmmədov vurğulayıb ki, ölkənin iqlim şəraitində günəş və küləyin enerjisindən istifadə layihələrinin həyata keçirilməsinin də böyük gələcəyi var. Bununla bağlı energetiklərin qarşısında uzaq yaşayış məntəqələrinin əhalisini elektrik enerjisi ilə təmin etməklə bağlı vəzifələr durur.

"Ölkənin, o cümlədən paytaxt Aşqabad şəhərinin dairəvi enerji sisteminin yaradılması, bəzi enerji qurğularının modernləşdirilməsinin və yenidən qurulmasının aparılması, enerjiyə qənaət edən qabaqcıl texnologiyalara keçid elektrik enerjisi ilə tam təminata imkan yaradır", - Prezident deyib.

Türkmənistanın 2011-2030-cu illərdə sosial-iqtisadi inkişafı Milli Proqramına əsasən, ölkədə elektrik enerjisinin istehsalı ildə 25,5 milyard kilovat-saata çatacaq, onun ixracı isə ildə 11 milyard kVt/s-dan çox artacaq.

Xəbər lenti

Xəbər lenti