Vahid Ələkbərov bəyan edib ki, yaxın illər ərzində Rusiyanın özəl neft şirkəti "LUKoyl" ASC-nin prezidenti kimi qalmaq fikrindədir. Bu barədə "RİA Novosti" yazır.
"Yaratdığım kollektivin gələn il artıq 20 yaşı olacaq, o, quruculuğa doğru istiqamətlənib və mən yaxın illərdə ona rəhbərlik edəcəyəm", - Ələkbərov "Rusiya 24" telekanalının efirində bildirib.
"LUKoyl"un rəhbəri əlavə edib ki, o, şirkətin səsləndirdiyi planları həyata keçirməyi planlaşdırır.