...

Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın həcmi 2,5 milyard kubmetrə yaxınlaşır

Energetika Materials 28 Sentyabr 2010 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycanın yeraltı qaz anbarlarına 2,4 milyard kubmetr qaz vurub. Bu barədə çərşənbə axşamı neft-qaz sahəsindəki mənbə məlumat verib.

"Yeraltı qaz anbarlarına qazın vurulma prosesi hələ başa çatmayıb və indiyədək anbarlara 2,4 milyard kubmetr qaz vurulub", - mənbə bildirib.

Hazırda respublikada iki yeraltı qaz anbarı - "Qaradağ" və "Qalmaz" fəaliyyət göstərir.

Bundan əvvəl mənbənin verdiyi məlumata görə, bu il yeraltı qaz anbarlarına əvvəllər planlaşdırılan 3 milyard kubmetr qaz əvəzinə, 2,5 milyard kubmetr qaz vurulacaq. Bu, ARDNŞ-nin bu il nəzərdə tutulmuş həcmdə qazın vurulmasını çatdıra bilməməsi ilə izah edilir. Lakin mənbə əvvəllər nəzərdə tutulan plan üzrə qaz vurulmasının mümkünlüyünü istisna etmir.

Mənbənin sözlərinə görə, hazırda yeraltı qaz anbarlarına sutkada 10 milyon kubmetr yanacaq vurulur.

2010-cu ildə Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi üç milyard kubmetr təşkil edəcək. Ötən il bu göstərici 2008-ci ildəki 1,4 milyard kubmetrə qarşı, 2 milyard kubmetrə yaxın həcmdə olub.

Ötən il bu göstərici 2008-ci ildəki 1,4 milyard kubmetrə qarşı, 2 milyard kubmetrə yaxın həcmdə olub.

ARDNŞ-nin məlumatına görə, keçən il "Qalmaz" yeraltı qaz anbarına 507,7 milyon kubmetrə yaxın, "Qaradağ" anbarına isə 794,9 milyon kubmetr qaz vurulub.

Payız-qış mövsümündə istifadə olunmaq üçün Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurulması prosesi oktyabrda başa çatır.

Xəbər lenti

Xəbər lenti