Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/
CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da $82,87 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $2,01 /barelədək artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da $82,1 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,01 /barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 30-da $80,96 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,93 /barel çoxdur.