...

Standartlaşdırma üzrə Dövlət Komitəsi keyfiyyətsiz yanacaq satan yanacaqdoldurma məntəqələri aşkar edib

Energetika Materials 5 Oktyabr 2010 18:51 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın bir sıra rayonlarında yanacaqdoldurma məntəqələrində monitorinqlər aparılıb.
Standartlaşdırma üzrə Dövlət Komitəsi keyfiyyətsiz yanacaq satan yanacaqdoldurma məntəqələri aşkar edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, mmüxbir E.İsmayılov/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın bir sıra rayonlarında yanacaqdoldurma məntəqələrində monitorinqlər aparılıb. Bu barədə çərşənbə axşamı Komitədən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, monitorinq yanacağın keyfiyyəti, onun normativ sənəd, həmçinin metroloji normalara uyğunluğunu müəyyən etmək məqsədilə aparılıb.

Respublikanın Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında aparılan monitorinqlərin nəticələrinə əsasən, üç yanacaqdoldurma məntəqəsində dizel yanacağının keyfiyyəti standartlara uyğun gəlməyib, ikisində A-95 markalı benzin mexaniki qatışıqlarla satılıb. 12 yanacaqdoldurma məntəqəsində metroloji normalar müşahidə olunmayıb, 10 litrin əvəzinə alıcılara 9,6-9,8 litr yanacaq satılıb.

Mingəçevir, Yevlax, Bərdə, Qəbələ, Şəki, Zaqatala və Ucar rayonlarında 71 yanacaqdoldurma məntəqəsində aparılan monitorinqlər nəticəsində beş məntəqədə dizel yanacağının standartlara uyğun gəlmədiyi, ikisində A-95 markalı benzinin mexaniki qatışıqlarla satıldığı aşkar olunub.

Bütün hallarda Dövlət Komitəsi tərəfindən protokol tərtib edilib və yanacağın satışı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti