...

İranda neft-kimya məhsullarının satış həcmi 40 faiz artıb

Energetika Materials 14 Oktyabr 2010 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Yusifzadə/

İranda neft-kimya müəssisələrində benzin istehsalına başlanması ilə bu ilin avqust-sentyabr aylarında ölkənin daxili bazarlarında neft-kimya məhsullarının satış həcmi 40 faiz artaraq 650 min tona çatıb. Bunu İranın neft sənayesi nazirinin müavini Əbdülhüseyn Bayat deyib. Məlumatı cümə axşamı ShANA agentliyi yayıb.

Ötən ilin avqust-sentyabr aylarında ölkənin daxili bazarında 465 min ton neft-kimya məhsulları satılıb.

Bu ilin avqust-sentyabr aylarında İranın neft-kimya komplekslərindən 749 milyon dollar məbləğində 1,24 milyon ton məhsul satılıb. Ötən ilin həmin dövründə bu göstərici 398 milyon dollar məbləğində 757 min ton təşkil edib.

Bayatın sözlərinə görə, 2010-cu ilin ilk altı ayı ərzində (İranda il martın 21-dən başlayır) 7,8 milyon ton həcmində 6,14 milyard dollarlıq neft-kimya məhsulları satılıb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 30 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti