...

Avstriyanın "OMV" şirkəti Türkiyənin "Petrol Ofisi" şirkətini tam nəzarət altına götürəcək

Energetika Materials 23 Oktyabr 2010 14:29 (UTC +04:00)
Mərkəzi Avropanın aparıcı enerji qrupu olan "OMV" şirkəti Türkiyənin "Doğan Holding" şirkəti ilə Türkiyənin neft məhsulları bazarında pərakəndə və kommersiya satışı üzrə aparıcı şirkət "Petrol Ofisi A.S"də öz payının artırılması haqqında razılığa gəlib. Bu barədə şənbə günü "OMV"nin rəsmi İnternet-saytında yerləşdirilən məlumatda deyilir.
Avstriyanın "OMV" şirkəti Türkiyənin "Petrol Ofisi" şirkətini tam nəzarət altına götürəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/

Mərkəzi Avropanın aparıcı enerji qrupu olan "OMV" şirkəti Türkiyənin "Doğan Holding" şirkəti ilə Türkiyənin neft məhsulları bazarında pərakəndə və kommersiya satışı üzrə aparıcı şirkət "Petrol Ofisi A.S"də öz payının artırılması haqqında razılığa gəlib. Bu barədə şənbə günü "OMV"nin rəsmi İnternet-saytında yerləşdirilən məlumatda deyilir.

Əldə olunan razılığa əsasən, "OMV" "Petrol Ofis"də öz payını 41,58 faizdən 95,75 faizdək artıracaq və bununla da Türkiyə şirkəti üzərində tam nəzarəti öz əlinə alacaq. Müqavilənin dəyəri bir milyard avro təşkil edir.

Məlumatda deyildiyinə görə, "Bu alış "OMV"nin artım strategiyasında daha bir addımdır və Türkiyənin Avstriya və Rumıniya ilə yanaşı, üçüncü mərkəz kimi mövqe tutulmasına yönəlib. Türkiyə təbii ehtiyatlarla zəngin Xəzər regionu və Yaxın Şərq üçün starteji meydandır".

"OMV"nin baş direktoru Volfqanq Ruttenstorferin dediyi kimi, "Biz "Petrol Ofisi"in bütün əməkdaşları ilə yaxşı əməkdaşlığı səbirsizliklə gözləyirik. [...] "Petrol Ofisi"nin ümummilli yanacaqdoldurma məntəqələri var və gələcəkdə şirkətin bu uğurlu tarixinin davam etdirilməsini və regionda Türkiyənin artmaqda olan iqtisadi rolunun möhkəmlənməsini istərdik".

"OMV"nin "Doğan Holding"in 54,17 faiz səhmlərini almağa razılıq verdiyi sövdələşmənin başa çatması yaxın üç ay ərzində gözlənilir. "OMV" və "Doğan Holding" sövdələşmə bağlanmazdan əvvəl, "Petrol Ofisi"in səhmdarlarının dividendlərini böluşdurmək haqqında razılığa gəliblər. "OMV" səhmlərinin əsasında 203 milyon dollar, "Doğan Holding" 265 milyon dollar alacaq, 21 milyon dollar isə səhmlərin digər sahibləri arasında bölüşdürülməlidir.

Ruttenstorferin sözlərinə görə, "Petrol Ofisi"də tək nəzarətin alınması bizim Avropa regionunda liderlik mövqelərimizin gələcəkdə də möhkəmləndirilməsi ilə bağlı korporativ strategiyamıza uyğun olaraq, Türkiyə bazarında dayaqlarımızı möhkəmlədir. İndi bizim Mərkəzi və Cənub-Şərqi Avropa və Türkiyənin cəlbedici bazarlarında güclü iştirakımız var və gələcəkdə də inteqrə edilmiş biznes modelimizi imkişaf etdirmək niyyətindəyik. [...] Bizim Türkiyə bazarındakı aparıcı mövqelərimiz təkcə neft biznesi üçün deyil, həm də digər korporativ biznes sahələri üçün çoxlu imkanlar açır, belə ki, Türkiyə təbii ehtiyatlarla zəngin Xəzər regionu və Yaxın Şərq üçün strateji meydandır".

Türkiyə regionda böyük və sürətlə artan bazarlardan biridir. Hazırda Türkiyədə neft məhsullarına tələbat ildə 29 milyon ton təşkil edir; proqnozlara əsasən, 2015-ci ilədək bu rəqəm 32 milyon tonadək artacaq.

"OMV"nin baş direktor müavini Herhard Ross deyir: "2 300-ə yaxın yanacaqdoldurma məntəqəsinə malik "OMV" Mərkəzi və Cənub-Şərqi Avropanın pərakəndə bazarında liderdir. "Petrol Ofisi"nin 2 500 yanacaqdoldurma məntəqəsi ilə biz Avropanın yanacaqdoldurma məntəqələri bazarında aparıcı şirkətlərdən biri kimi mövqeyimizi xeyli möhkəmləndirmişik".

Xəbər lenti

Xəbər lenti