...

Gürcüstanın Poti Qara dəniz limanı neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 2 Noyabr 2010 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin üç rübünün yekunları üzrə Gürcüstanın Poti Beynəlxalq Qara dəniz ticarət limanı ötən ilin analoji dövründəki 662 min tona qarşı 868 min ton neft yükləri göndərib. Bu barədə Poti dəniz limanındakı mənbə bildirib.

"Ötən illə müqayisədə yüklənib-boşaldılmada artım müşahidə olunub", - mənbə deyib

Məlumata görə, 2009-cu ildə Poti Beynəlxalq Qara dəniz ticarət limanı 904 min tona yaxın neft yükləri ötürüb ki, burada Azərbaycanın payı 105,6 min tondan artıq təşkil edir.

Ümumilikdə 2009-cu ildə Poti limanı tərəfindən 6,1 milyon tona yaxın müxtəlif yüklər daşınıb, bunun 3,04 milyon tonu əsas yüklərin, 2,1 milyondan çoxu isə tökmə yüklərin payına düşüb.

Həmçinin, 2009-cu ildə Poti dəniz limanından 172,8 min ton konteyner yükləri daşınıb.

Poti dəniz limanında cəmi 15 körpü var.

Xəbər lenti

Xəbər lenti