...

ARDNŞ oktyabr ayında 150 min tona yaxın neft məhsulları ixrac edib

Energetika Materials 2 Noyabr 2010 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-oktyabr aylarında Azərbaycanın neft emalı zavodlarından 1,6 milyon tona yaxın neft məhsulları ixrac edib. Yanvar-sentyabrda bu göstərici 1,45 milyon tondan çox təşkil edib. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin məlumatında deyilir.

Oktyabrda ARDNŞ 147,2 min tona yaxın neft məhsulları ixrac edib. Sentyabrda bu rəqəm 165,3 min tona yaxın olub.

Azərbaycanda neft məhsulları ümumi gücü 20 milyon ton olan Bakının iki neft emalı zavodunun bazasında istehsal edilir. Hər iki NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxildir. Dövlət Neft Şirkəti öz vəsaitləri hesabına quru və dəniz yataqlarından hasil edilən 7 milyon tona yaxın nefti emal edir.

Ötən il Bakı NEZ-ləri 6,03 milyon ton neft emal edib. 2008-ci ildə bu rəqəm 7,35 milyon ton olub. Bu il ARDNŞ özünün iki NEZ-də altı milyondan artıq neft emal etməyi planlaşdırır.

Neft məhsulları ixracının ümumi cədvəli:

Neft məhsulları

Yanvar-oktyabr, 2010-cu il (ton)

Yanvar-sentyabr, 2010-cu il (ton)

Dizel yanacağı

1 344 862

1 227 848

Avtomobil benzini

155 375

134 303

Aviasiya kerosini

98 449

89 351

Xəbər lenti

Xəbər lenti