...

Belarus Azərbaycana nefti "svop" sxemi üzrə tədarük etməyi təklif edir

Energetika Materials 19 Noyabr 2010 16:34 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana nefti respublikaya "svop" sxemi üzrə tədarük etməyi təklif edir. O, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bildirib.
Belarus Azərbaycana nefti "svop" sxemi üzrə tədarük etməyi təklif edir

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana nefti respublikaya "svop" sxemi üzrə tədarük etməyi təklif edir. O, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bildirib. Məlumatı İTAR-TASS yayıb.

"Güman edirəm ki, biz sizinlə razılaşsaq - mən Azərbaycan neftinin Belarusa, NEZ-ə və ilk növbədə "svop" sxemi üzrə tədarükünü nəzərdə tuturam, siz bir tonda onlarla dollar udacaqsınız, biz də udacağıq", - Lukaşenko bildirib.

Onun sözlərinə görə, söhbət Azərbaycan neftinin Belarus zavodlarına "Odessa-Brodı" boru kəməri ilə vurularaq "Dostluq" boru kəmərinə, sonra isə Belarus NEZ-lərinə çıxışından gedir. Söhbət Belarusun Venesuelada hasil etdiyi və aldığı Venesuela neftinin əvəzlənməsindən gedir. Bu həcmlərin Amerika ölkələrində satışı və bunun əvəzində Belarusa Azərbaycandan neftin tədarükü zamanı tərəflər nəqliyyat xərclərinə qənaət edə bilərlər.

Bundan əvvəl "Sarmatiya" beynəlxalq boru kəməri müəssisəsinin (Odessa-Brodı layihəsini həyata keçirir) nümayəndəsinin dediyi kimi, Belarusa neft tədarükü marşrutunun açılması Xəzər regionundan Polşaya da neft tədarükü imkanlarını yaradır, əlbəttə, daha uzun marşrutla, lakin artıq indi Brodıdan Adam zastavasınadək neft boru kəmərinin tikintisini gözləmədən.

Odessa-Brodı neft nəqli layihəsi Ukrayna NEZ-lərinə neft ixracının şaxələndirilməsi və ölkənin tranzit imkanlarının inkişafı üçün planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1 020 millimetrdir. Neft kəməri və terminalının gücü ildə 9-14 milyon ton təşkil edir.

Ukrayna iki il ərzində neft boru kəmərinin qurulması anından etibarən Xəzər neftinin onunla birbaşa istiqamətdə nəqli barədə razılığa gəlmək üçün uğursuz cəhdlər edib. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü ilin iyununda boru kəmərindən Rusiya neftinin revers istiqamətdə nəqli üçün istifadəyə icazə verib.

"Sarmatiya" neftin Odessa-Brodı-Plosk-Qdansk marşrutu üzrə nəqli layihəsinin həyata keçirilməsi çərçivəsində yaradılıb. Bu marşrutda Azərbaycana əsas tədarükçü rolu ayrılıb.

"Sarmatiya" iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların iştirak payı 24,75 faizdir, 1 faiz isə Litva şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti