...

ARDNŞ Xəzərdə yeni neft-qaz quyusunun qazılmasına başlayıb

Energetika Materials 27 Noyabr 2010 12:46 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağında yeni quyunun qazılmasına başlayıb.

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağında yeni quyunun qazılmasına başlayıb. Bu barədə ARDNŞ-nin şənbə günü yayılan məlumatında deyilir.

Məlumatda bildirilir ki, quyu "Günəşli" yatağındakı 6 nömrəli dərin stasionar özüldən qazılır. Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3750 metrdir.

Geoloqların hesablamalarına görə, "28 May" NQÇİ-nin sifarişi ilə qazılan quyudan sutkada 40 ton neft, 250 min kubmetr qaz hasil olunacaq. Quyunun 2011-ci ilin may ayında istismara verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti