Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Yanvar-oktyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı-Supsa boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 2,7 milyon tona yaxın yüngül Azərbaycan neftini ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 2,55 milyon ton olub.
Keçən il ARDNŞ ümumilikdə Bakı-Supsa ilə 2,8 milyon tona yaxın neft ixrac edib. Bu göstərici 2008-ci ildə 407,1 min ton olub.
Boru kəməri 2006-cı ilin sonunda təmirə dayandırılıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb. 2008-ci il noyabr ayının əvvəlində bu boru kəməri ilə neft nəqli bərpa edilib.
Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.