Azərbaycan, Bakı, 8 dekabr /Trend/
Yanvar-noyabr aylarında "Azərenerji" ASC tərəfindən 16,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 16,8 milyard kilovat-saatdan çox olub. Bu barədə SC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Noyabrda "Azərenerji" tərəfindən 1,6 kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin noyabrında 1,5 milyard kilovat-saatdan çox olub.
Noyabr ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.