...

ARDNŞ "Şahdəniz" yatağından qaz hasilatını xeyli azaldıb

Energetika Materials 8 Dekabr 2010 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulması prosesini başa çatdırdıqdan sonra ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ) Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağından qaz hasilatını sutkada 12-14 milyon kubmetrdən 6 milyon kubmetrədək azaldıb. Bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbə deyib.

"Yeraltı qaz anbarlarına qazın vurulması prosesi başa çatana kimi ARDNŞ 12-14 milyon kubmetr qaz götürürdüsə, indi bu göstərici 6 milyon kubmetr təşkil edir", - mənbə deyib.

Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarı var.

"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Bundan əvvəl BP-nin Türkiyədəki nümayəndəsi Can Sübhinin dediyi kimi, yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2017-ci ildə başlamaq, 2020-ci ilə kimi isə plato mərhələsinə çıxmaq planlaşdırılır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti