...

Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə neft nəqli bərpa olunub

Energetika Materials 9 Dekabr 2010 13:54 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə hissəsində, Ərzurum şəhərinin yaxınlığında neftin axmasına görə dayandırılan nəql bərpa olunub. Bu barədə cümə axşamı BP şirkətindən (boru kəmərinin Azərbaycan və Gürcüstan ərazisində operatoru) məlumat verilib.
Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə neft nəqli bərpa olunub

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə hissəsində, Ərzurum şəhərinin yaxınlığında  neftin axmasına görə dayandırılan nəql bərpa olunub. Bu barədə cümə axşamı BP şirkətindən (boru kəmərinin Azərbaycan və Gürcüstan ərazisində operatoru) məlumat verilib.

Bundan əvvəl "Botaş" şirkəti axıntını aradan qaldırmaq üçün boru kəməri üzrə neft nəqlini dayandırmaq təklifi ilə müraciət edib. Nöqsanlar aşkar edildikdən dərhal sonra təmir işlərinə başlanılıb.

"Boru kəməri üzrə neft axını bərpa olunub və hazırda kəmər tam gücü ilə işləyir", - BP-dən bildirilib.

Boru kəməri üzrə neft axınının müvəqqəti dayandırılması şirkətin əməliyyatlarında göstərilməyib. Xüsusilə, Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasilatı təklif olunub. Bu dövr ərzində həm Bakının yaxınlığında Səngəçal neft terminalına göndəriş, həm də Ceyhanda terminaldan yükləmə təklif olunub. Digər nəqliyyat marşrutlarında da nəql dayandırılmayıb.

Dekabrın 1-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən Ceyhan neft terminalından noyabrın 1-inə olan 1,04 milyon barel göstəriciyə nisbətdə 1,064 milyon barel neft yüklənib.

BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

BTC-in inşası dörd milyard dollara başa gəlib. Boru kəmərinin doldurulmasına ayrılan xərclər və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: bp (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti