Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.İsmayılov/
6-10 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 92,8 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 3 dollar/barel çoxdur.
6-10 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 93,33, minimum isə 92,32 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
6-10 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 86,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 2,1 dollar/barel çoxdur.
6-10 dekabr həftəsində URALS-ın maksimum qiyməti 88,11, minimum isə 85,82 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq bu neftin spesifik xüsusiyyətləri dəyişir.
6-10 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 90,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 2,36 dollar/barel çoxdur.
6-10 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 91,12, minimum isə 89,61 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.