...

Şəmkir SES Silsiləsi elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 13 Dekabr 2010 16:10 (UTC +04:00)
Yanvar-noyabr aylarında Şəmkir SES Silsiləsi proqnozlaşdırılan 1,5 milyard əvəzinə 1,52 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Şəmkir SES Silsiləsi elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Yanvar-noyabr aylarında Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi proqnozlaşdırılan 1,5 milyard əvəzinə 1,52 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" ASC-nin məlumatında deyilir. Silsilənin tərkibinə Şəmkir və Yenikənd SES-ləri daxildir.

Yanvar-noyabrda şəlalənin istehsal etdiyi elektrik enerjisindən bir milyard kilovat-saatdan çoxu Şəmkir SES-in, 446,8 milyonu isə Yenikənd SES-in payına düşüb.

Noyabrda şəlalə 66 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da planlaşdırılandan 3,4 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti