...

ARDNŞ Cənub-Şərqi Asiyada fəaliyyətinin genişləndirilməsi çərçivəsində bir sıra sənədlər imzalayıb

Energetika Materials 13 Dekabr 2010 17:03 (UTC +04:00)
ARDNŞ və Çinin "Zhen Rong" şirkəti Azərbaycan neftinin Çinə tədarükü üzrə anlaşma memorandumu imzalayıblar.
ARDNŞ Cənub-Şərqi Asiyada fəaliyyətinin genişləndirilməsi çərçivəsində bir sıra sənədlər imzalayıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

ARDNŞ və Çinin "Zhen Rong" şirkəti Azərbaycan neftinin Çinə tədarükü üzrə anlaşma memorandumu imzalayıblar. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Sənəd ARDNŞ nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanıb.

Məlumatda deyildiyinə görə, Sinqapura səfər çərçivəsində ARDNŞ və Tailandın PTT şirkəti arasında "üzən neft anbarı"ndan birgə istifadə haqqında memorandum imzalanıb. Bu memorandumun həyata keçirilməsi Azərbaycan neftinin Asiya bazarlarına tədarükünün diversifikasiyası üçün şərait yaradacaq və Azərbaycan neftinin ixracının effektivliyinə xidmət edəcək. Sənədin imzalanması tərəflər arasında aparılan danışıqların yekunu olub.

Bundan əvvəl ARDNŞ nümayəndələrinin dediyi kimi, gələn il Asiyada mazut və nafta ilə ticarətin genişləndirilməsi nəzərdə tutulur. Bu, Sinqapurdakı rezervuarların lizinqini nəzərdə tutur.

"SOCAR Trading" Sinqapurdakı ofisini Asiyada xam neft ticarətinin inkişafına, eləcə də uzunmüddətli müqavilələr hesabına bazarda öz payının artırılmasına görə tam cavabdeh ofisə çevirmək niyyətindədir.

"SOCAR Trading"in Sinqapurda fəaliyyətinin genişləndirilməsi Qərbdən Şərqə mazutun arbitraj tədarükü və dünyadakı ən iri bunker limanına gəmi yanacağının satışı, eləcə də neftin saxlanılması obyektlərinin təmin olunması hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti