...

Tacikistan Azərbaycandan neft məhsulları almağı planlaşdırır

Energetika Materials 17 Dekabr 2010 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir V.Javoronkova/

Tacikistanın Dövlət Ehtiyatları Komitəsi ilə Azərbaycan hökuməti arasında yanacaq-sürtgü materiallarının alqı-satqısı haqqında saziş imzalanıb. Bu barədə cümə axşamı Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Vəzirov Trend-ə bildirib.

"Artıq Azərbaycan Nazirlər Kabinetinin razılığı var və bu günlərdə yanacaq-sürtgü materiallarının satışına başlanacaq", - diplomat bildirib.

Tacikistan Gömrük Xidmətinin məlumatına görə, 2009-cu ildə Tacikistana 634,2 min ton YSM gətirilib ki, onun 551,3 min tonu Rusiyadan (87 faizi), 15,7 min tonu Türkmənistandan (2,5 faizi) və 67,2 min tonu digər ölkələrdən idxal olunub. 2010-cu ilin yanvarından aprelədək ölkə ərazisinə 191,2 min ton neft məhsulları gətirilib ki, bunun 183,3 min tonu Rusiyadan (97 faizi), 1,2 min tonu Türkmənistandan (0,6 faizi) və 6,7 min tonu başqa dövlətlərdən daxil olub.

Azərbaycanda neft məhsulları ARDNŞ-nin tərkibinə daxil olan iki NEZ-də istehsal olunur. 2010-cu ilin yanvar-noyabrında Azərbaycanda avtomobil benzini, dizel yanacağı, soba mazutu, LPG, bitum və koks da daxil olmaqla 4,66 milyon tondan artıq neft məhsulları istehsal olunub.

Xəbər lenti

Xəbər lenti