...

Suraxanıda "Suraxani oil" əməliyyat şirkətinin istehsal ərazisində yanğın olub

Energetika Materials 24 Dekabr 2010 15:32 (UTC +04:00)
Dünən gecə Bakının Suraxanı rayonu ərazisindəki neft mədənləri sahəsində yanğın baş verib. Hadisə baş verən ərazi "Suraxani oil" əməliyyat şirkətinin balansındadır.
Suraxanıda "Suraxani oil" əməliyyat şirkətinin istehsal ərazisində yanğın olub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dünən gecə Bakının Suraxanı rayonu ərazisindəki neft mədənləri sahəsində yanğın baş verib. Hadisə baş verən ərazi "Suraxani oil" əməliyyat şirkətinin balansındadır. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-dən bildiriblər.

Məlumata görə, yanğın hasilat zamanı əldə edilən təbəqə suları gölündə baş verib.

"Yanğın təbəqə sularının alovlanması nəticəsində olub və qısa müddət ərzində söndürülüb", - ARDNŞ-dən bildiriblər.

Bu ərazinin işlənməsinə dair müqavilə 2005-ci ildə imzalanıb. Müqavilə çərçivəsində iştirak payının 75 faizi Rafi oil (BƏƏ) şirkətinə, qalan 25 faiz isə ARDNŞ-yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti