...

ARDNŞ Dərin Özüllər Zavodu ərazisində sosial obyekti təmirdən sonra istifadəyə verib

Energetika Materials 30 Dekabr 2010 14:11 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Dərin Özüllər Zavodu ərazisində poliklinikanı təmirdən sonra istismara verib.
ARDNŞ Dərin Özüllər Zavodu ərazisində sosial obyekti təmirdən sonra istifadəyə verib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Dərin Özüllər Zavodu ərazisində poliklinikanı təmirdən sonra istismara verib.

Poliklinikanın açılış mərasimində ARDNŞ-nin yüksəkvəzifəli nümayəndələri və zavod işçiləri iştirak ediblər.

Rəmzi qırmızı lenti ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənilməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə kəsib. O, zavod işçilərinin sağlamlığına nəzarət etmək üçün obyektin əhəmiyyətini qeyd edib.

Zavodun ümumi istehsal gücü ildə 60 min ton metal konstuksiyadır.

1984-cü ilin aprelində zavod layihə gücündə işləməyə başlayıb. Dərinlik platformasının ilk dirək bloku zavodun stapelindən buraxılıb və 1985-ci ilin avqustunda istismara verilib.

Xəbər lenti

Xəbər lenti