...

ARDNŞ Rumıniyanın neft məhsullarının pərakəndə satış bazarına çıxmağa hazırlaşır

Energetika Materials 5 Yanvar 2011 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyanın neft məhsullarının pərakəndə satış bazarına çıxmaq niyyətindədir. Bu barədə çərşənbə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

"Biz artıq Rumıniyanın neft məhsulları bazarında müəyyən işə başlamışıq, layihələr hazırdır və çox güman ki, cari ildə biz onları həyata keçirməyə başlayacağıq. Bu, əsasən yanacaqdoldurma məntəqələrinə aiddir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, şirkət artıq neçə vaxtdır böyük neft ölkəsi olan, bir neçə neft emalı müəssisəsinə və müvafiq infrastuktura malik Rumıniya bazarının öyrənilməsi ilə məşğuldur.

"Hazırda nəzərdə tutulan layihələr çərçivəsində danışıqlar aparılır", - Abdullayev qeyd edib.

Bir müddət əvvəl ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsinin dediyi kimi, şirkət Rumıniyanın daxili bazarında neft məhsullarının paylanması üzrə pilot layihəyə hazırlaşır. Bu layihə 16 yanacaqdoldurma məntəqəsinin rebrendinqini nəzərdə tutur. Layihə çərçivəsində Rumıniyanın müəyyən regionları, o cümlədən mərkəzi və şimal-şərqi regionlarının əhatə edilməsi imkanı var.

Xəbər lenti

Xəbər lenti