...

TƏPH qaz kəməri çərçivəsində türkmən qazının alqı-satqısı üzrə müqavilənin imzalanacağı tarix müəyyənləşdirilib

Energetika Materials 5 Yanvar 2011 14:13 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 5 yanvar / Trend, müxbir H.Həsənov /

TƏPH (Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan) qaz kəməri çərçivəsində türkmən qazının alqı-satqısı üzrə müqavilənin imzalanacağı tarix müəyyən edilib. Bu barədə çərşənbə günü rəsmi türkmən mənbəsi məlumat verib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində maraqlı olan tərəflər "təbii qazın alqı-satqısı üzrə sazişin imzalanması ilə bağlı son müddət məsələsində razılığa gəliblər".

"Bunun 2011-ci il aprelin 30-dan gec edilməməsinə dair razılaşma mövcuddur", - mənbə deyib.

Bununla yanaşı, tərəflər TƏPH qaz kəmərinin maliyyələşdirilməsi, tikintisi və istismarı üçün konsorsiumun yaradılması üzrə işləri aktivləşdirirlər. Konsorsiumun lideri müsabiqə əsasında müəyyən ediləcək. Müsabiqəyə hazırlıq və layihə ilə bağlı digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün tərəflər Asiya İnkişaf Bankının dəstəyi ilə transaksiya məsləhətçisinin cəlb edilməsi imkanına baxırlar.

2010-cu ilin dekabrında Aşqabadda TƏPH iştirakçısı olan dövlətlərin rəhbərlərinin sammiti keçirilib və orada Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsinin həyata keçirilməsi üzrə hökumətlərarası sazişin və Mərkəzi və Cənubi Asiya regionunu əhatə edən qaz kəməri layihəsinin həyata keçirilməsini sürətləndirməyə çağıran çərçivə sazişi imzalanıb.

TƏPH-in uzunluğu 17 000 kilometrdən çox, layihə gücü ildə 30 milyard kubmetr qaz, dəyəri 3,3 milyard dollar təşkil edə bilər.

Məlum olduğu kimi, marşrut Herat və Qəndahar (Əfqanıstan) və Kvetta (Pakistan) ərazisindən keçməklə, Türkmənistanın Dövlətabad yatağından Hindistan-Pakistan sərhədindəki Fazlakaya kimi planlaşdırılıb. Eləcə də marşrutun xammal bazasının dünyada 22 trilyon kubmetr qaz ehtiyalarına malik ən nəhəng yataqlardan biri və işlənməkdə olan Eloten yatağı ola biləcəyi barədə məlumat da öz təsdiqini tapıb.

Əfqanıstan rəhbərliyi TƏPH layihəsinin həm tikintisi, həm də bütün infrastrukturun sonralar istismarı zamanı təhlükəsizliyin təmin olunması məsələlərinin həllini öz üzərinə götürməyə söz verib.

Xəbər lenti

Xəbər lenti