...

ARDNŞ yeni ölçmə cihazları alıb

Energetika Materials 6 Yanvar 2011 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi atmosferə atılan qazların həcminin müəyyən edilməsi üçün ölçmə cihazları alıb. Bu barədə cümə axşamı idarədən məlumat verilib.

Yeni cihazlar idarəyə Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq" (GGFR) təşkilatı tərəfindən verilib. Bir müddət əvvəl GGFR-lə əməkdaşlıq çərçivəsində ARDNŞ tərəfindən səmt qazı tullantılarının azaldılması və şirkətin iştirak etdiyi layihələr üzrə plan hazırlanıb və təsdiqlənib.

Eləcə də GGFR tərəfindən anemometr, təzyiq ölçən, termometrlər və digər cihazlar verilib.

Nəzəri və praktiki təlimlərin keçirilməsi üçün yanvarda GGFR ekspertinin Bakıya gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti