Azərbaycan, Bakı, 6 yanvar /Trend/
2010-cu ildə Azərbaycanın neft emalı zavodları (NEZ) 2009-cu ilin analoji dövründə olan altı milyon tondan çox göstəriciyə nisbətdə 6,22 milyon tondan çox neft emal ediblər. Bu barədə tərkibinə iki NEZ-in daxil olduğu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.
2010-cu ildə daha çox istehsal dizel yanacağının payına düşüb - 2009-cu ildə olan 2,2 milyon tona nisbətdə 2,4 milyon ton.
Azərbaycanda illik gücü 20 milyon ton olan iki NEZ var. ARDNŞ öz vəsaiti hesabına dənizdə və quruda hasil edilən nefti NEZ-lərə tədarük edir.
2010-cu ildə Azərbaycanda neft məhsullarının istehsalı (min ton):
|
Neft məhsulları |
2010-cu il |
2009-cu il |
|
Benzin - cəmi |
1453,25 |
1467,6 |
|
avtomobil benzini |
1248,92 |
1235,04 |
|
birbaşa qovulmuş benzin |
204,33 |
232,56 |
|
dizel yanacağı |
2420,34 |
2219,70 |
|
soba mazutu |
220,63 |
272,44 |
|
neft bitumu |
241,46 |
236,36 |
|
neft koksu |
396,36 |
127,18 |
|
sürtkü yağı |
86,54 |
44,18 |
|
maye qaz |
214 |
173,30 |
|
mühərrik yağı DT |
65,83 |
145,27 |
|
Cəmi |
6220,56 |
6032,79 |