...

Venesuela Azərbaycan neftinin alışına başlaya bilər

Energetika Materials 6 Yanvar 2011 17:02 (UTC +04:00)
Venesuela Belarus ilə ildə 10 milyon tonadək neftin tədarükünə dair müqavilənin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycandan əlavə neft həcmi ala bilər.
Venesuela Azərbaycan neftinin alışına başlaya bilər

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Venesuela Belarus ilə ildə 10 milyon tonadək neftin tədarükünə dair müqavilənin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycandan əlavə neft həcmi ala bilər. Bu barədə Belarusun BELTA agentliyi Venesuelanın Belarusdakı səfiri Ameriko Dias Nunesin sözlərinə istinadən məlumat verib.

Onun sözlərinə görə, Venesuela və Belarus arasında imzalanan müqavilə keyfiyyətinə görə Azərbaycan neftinə bənzər "Santa-Barbara" markalı yüngül neftin əlavə tədarükünü nəzərdə tutur. "Ola bilsin ki, Venesuela bütün dünyada ehtiyac duyulan 10 milyon ton nefti hasil edə bilməsin, - diplomat bildirib. - Bu o deməkdir ki, Belarus tərəfinin bu yaxınlarda neft tədarükündə "svop-sxem"in tətbiqi ilə bağlı bəyan etdiyi planlarında söhbət çox güman ki, Venesuela neftinin Azərbaycan nefti ilə əvəzlənməsindən getmir", - səfir qeyd edib.

Nunesin sözlərinə görə, "Belarusa bəyan edilən neft həcminin tədarükü üçün PDVSA şirkəti ildə 10 milyon tona qədər neftin tədarükünə dair müqavilənin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycandan əlavə olaraq lazımi miqdarda neft alacaq. Belarus bu nefti yalnız boru tədarükünə görə Azərbaycana ödəniş etməklə Odessa-Brodı kəməri ilə alacaq.

"Gördüyünüz kimi, bu əməkdaşlıq hər iki tərəfə, xüsusilə də Belarusa sərfəlidir", - səfir vurğulayıb.

Əvvəllər ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsinin dediyi kimi, bu layihə çərçivəsində əməliyyatların həyata keçirilməsi CIF şərtləri əsasında Azərbaycan neftinin Ukrayna limanlarına çatdırılmasını nəzərdə tutur və neftin sonralar nəqli məsələsinə aid deyil. Bununla yanaşı nəzərdə tutulmuşdu ki, Azərbaycan Belarusa tədarük ediləcək neft əvəzinə ABŞ bazarında satılacaq Venesuela neftini alacaq.

Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

Ukrayna neft boru kəmərinin tikilməsi anından iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.

Xəbər lenti

Xəbər lenti