...

Şamaxı rayonunda qazın verilməsində məhdudiyyətlər olacaq

Energetika Materials 13 Yanvar 2011 18:01 (UTC +04:00)
Yanvarın 14-ü 09:00-dan 18:00-dək qaz kəmərində qaz sızmasını aradan qaldırmaq məqsədilə Şamaxı, Çuxuryurd və Mədrəsə paylayıcı qaz stansiyalarında qazın verilməsi dayandırılacaq.
Şamaxı rayonunda qazın verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Yanvarın 14-ü 09:00-dan 18:00-dək qaz kəmərində qaz sızmasını aradan qaldırmaq məqsədilə Şamaxı, Çuxuryurd və Mədrəsə paylayıcı qaz stansiyalarında qazın verilməsi dayandırılacaq. Bu barədə cümə axşamı ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Nüft Şirkəti) məlumat verilib.

Bununla əlaqədar olaraq həmin dövrdə Şamaxı şəhəri və Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Merçay, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Engixaran və Pirqulu qəsəbələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Azərbaycanda qazın paylanması məsələləri ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.

Xəbər lenti

Xəbər lenti