...

2010-cu ildə Azərbaycandan elektrik enerjisinin ixracı idxalı üstələyib

Energetika Materials 18 Yanvar 2011 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycandan 15,26 milyon dollar məbləğində 392 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib. Bu barədə çərşənbə axşamı Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitədən bildirdiklərinə görə, ötən il ölkəyə 3,7 milyon dollar məbləğində 83,9 milyon kilovat-saat elektrik enerjisi idxal edilib.

2010-cu ildə "Azərenerji" SC 18,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu göstərici 2009-cu ildə 18,6 milyard kilovat-saat olub.

2010-cu ildə qonşu ölkələrlə - Rusiya, İran və Gürcüstanla elektrik enerjisinin mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti