...

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçıları və "Tengizchevroil" danışıqları davam etdirirlər – "KazMunayQaz" rəhbəri

Energetika Materials 24 Yanvar 2011 16:08 (UTC +04:00)
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə dünya bazarına neft tədarükünün mümkün marşrutlarından biri kimi baxır. Bu barədə bazar ertəsi Astanada mətbuat konfransında "KazMunayQaz" rəhbəri Kairgeldı Kabıldin deyib.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçıları və "Tengizchevroil" danışıqları davam etdirirlər – "KazMunayQaz" rəhbəri

Qazaxıstan, Astana, 24 yanvar /Trend, müxbirlər A.Maratov, E.İsmayılov/

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə dünya bazarına neft tədarükünün mümkün marşrutlarından biri kimi baxır. Bu barədə bazar ertəsi Astanada mətbuat konfransında "KazMunayQaz" Milli Şirkətinin rəhbəri Kairgeldı Kabıldin deyib.

Onun sözlərinə görə, 2009-cu ilin yekunları üzrə kəmərlə sutkada 100 min ton Qazaxıstan nefti nəql edilib, lakin boru kəmərinin səhmdarları Qazaxıstan tərəfi üçün vurulmanın tarifini qaldırdılar və o, üçüncü tərəfin səviyyəsində müəyyən edildi.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə BTC ilə "Tengiz" yatağından 1,9 milyon ton Qazaxıstan nefti nəql edilib. 2008-ci ildə isə (oktyabr-dekabr) BTC ilə 285,1 min ton Qazaxıstan neftinin nəqli həyata keçirilib.

Kabıldinin sözlərinə görə, hazırda BTC səhmdarları və "Tengiz" yatağının işlənməsini həyata keçirən Qazaxıstan-ABŞ şirkəti "Tengizchevroil" arasında danışıqlar davam edir.

BTC ilə Qazaxıstan neftinin vurulmasının mümkün müddəti ilə bağlı Kabıldin qeyd edib ki, nəqlin müddəti tərəflərin razılığından asılıdır.

Bundan əvvəl ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsinin dediyinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri konsorsiumunun "Tengizchevroil"a təklif etdiyi tarif başqa istehsalçılara təklif ediləndən 15-20 faiz aşağıdır.

ARDNŞ nümayəndəsinin dediyi kimi, ötən il BTC ilə Tengiz neftinin göndərilmə tarifi 4,05 dollar olub.

2008-ci ildə "Tengizchevroil" Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə "Tengiz" yatağından olan neftin nəqlinə başlayıb. Lakin bu ilin əvvəlindən BTC ilə Qazaxıstan neftinin nəqli "Tengizchevroil" və BTC səhmdarları arasında tariflərə görə fikir ayrılıqları səbəbindən həyata keçirilməyib.

Hazırda Tengiz nefti Azərbaycandan təkcə dəmiryol vasitəsilə nəql olunur.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti