...

ARDNŞ Xəzərdə kəşfiyyat qazmasını bərpa edəcək

Energetika Materials 7 Fevral 2011 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

Yaxın günlərdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərdə eyniadlı yataqda "Bulla Dəniz-82" platformasından kəşfiyyat quyusunun qazılmasını bərpa edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 5932 metrdir. Layihə dərinliyi 6400 metrdir.

"Hazırda avadanlıqların təmiri üzrə işlər aparılır, bundan sonra qazma davam etdiriləcək", - mənbə deyib.

Bundan əvvəl ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi tərəfindən quyuda gedən proseslər üzərində müşahidə və nəzarət məqsədi ilə "RT-Leuza" uzaq müşahidə sistemi quraşdırılıb.

"Bulla Dəniz" yatağı 1975-ci ildən istismar olunur. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və qaz-kondensat hasil edilib.

"Bulla Dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil edilir. ARDNŞ geoloqlarının fikrincə, bu yataqda qaz hasilatını bir neçə dəfə artırmaq olar.

Xəbər lenti

Xəbər lenti