...

ARDNŞ ekoloji parkın yaradılması üzrə işləri başa çatdırır

Energetika Materials 12 Fevral 2011 11:53 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ilin ortalarında Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin ərazisində yerləşən ekoloji parkı istismara vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin Ekologiya İdarəsindən bildirilib.

Azərbaycan, Bakı, 11 fevral /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ilin ortalarında Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin ərazisində yerləşən ekoloji parkı istismara vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin Ekologiya İdarəsindən bildirilib.

"Parkın salınması üzrə işlər artıq başa çatmaq üzrədir və bu ilin ortalarında istismara veriləcək", - məlumatda deyilir.

Parkın inşası çərçivəsində işlərin böyük hissəsi 2010-cu ildə başa çatıb.

Parkın elektrik enerjisinə olan tələbatının 40 faizə yaxını alternativ enerji mənbələri sayəsində təmin ediləcək. Məsələn, park ərazisində hər birinin gücü 10 kilovat-saat olan dörd külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batereyaları elektrik enerjisinin istehsalı üçün quraşdırılıb.

Alternativ enerji mənbələri sayəsində istehsal ediləcək elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.

Parkın ərazisində ARDNŞ-nin struktur bölmələrinin tələblərini təmin etmək üçün şitillər əkilməsi planlaşdırılır. Ekoloji park 9,3 hektar sahədə yaradılır.

Xəbər lenti

Xəbər lenti