...

ABŞ Avropaya qaz tədarükünün şaxələndirilməsi layihələrinə dəstəyi davam etdirəcək - səfir Metyu Brayza

Energetika Materials 17 Fevral 2011 18:52 (UTC +04:00)
"Cənub dəhlizi" layihəsinin inkişafına yönələn ölkə və şirkətlərin fəaliyyəti Avropa ilə münasibətlərin yaxınlaşmasına və dərinləşməsinə xidmət edəcək, eləcə də qaz tədarükü marşrutlarının sonrakı şaxələndirilməsində öz rolunu oynayacaq.
ABŞ Avropaya qaz tədarükünün şaxələndirilməsi layihələrinə dəstəyi davam etdirəcək - səfir Metyu Brayza

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Hüseynov/

"Cənub dəhlizi" layihəsinin inkişafına yönələn ölkə və şirkətlərin fəaliyyəti Avropa ilə münasibətlərin yaxınlaşmasına və dərinləşməsinə xidmət edəcək, eləcə də qaz tədarükü marşrutlarının sonrakı şaxələndirilməsində öz rolunu oynayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza brifinqdə bildirib.

"Ölkə və şirkətlər çox əhəmiyyətli mərhələdədirlər. Onların "Cənub dəhlizi" layihəsinin inkişafına yönələn fəaliyyəti Avropa ilə münasibətlərin yaxınlaşmasına və dərinləşməsinə xidmət edəcək. Onların işi Avropaya qaz tədarükü marşrutlarının şaxələndirilməsinə də xidmət edəcək", - Brayza qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyi və rəsmi Vaşinqton bu prosesdə tərəfləri dəstəkləməkdə davam edəcək. Burada məqsəd tərəflərə kommersiya və ticarət baxımından uğulu və cəlbedici layihələr üzrə razılığa gəlməkdə köməyin göstərilməsidir.

Yanvarın 13-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalanıb.

Ererji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti