Azərbaycan, Bakı, 23 fevral /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Darvin bankası" yatağındakı 660 nömrəli meydançada 2 quyu qazmadan sonra istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Qirməki Altı Lay Dəstəsində qazılan quyuların hər birinin debiti altı ton neft təşkil edir. Qazmanın sifarişçisi "Abşeronneft" NQÇİ-dir.
Qeyd edək ki, ümumilikdə 12 quyunun qazılması üçün nəzərdə tutulan 660 nömrəli meydançada hazırda 6 quyu istismar olunur.