...

Azərbaycanın Energetika Nazirliyi alternativ enerji mənbələrinin inkişafını davam etdirmək fikrindədir - nazir

Energetika Materials 17 Mart 2011 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.İsmayılov/

Pilot layihələrin reallaşdırılması Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin gələcək inkişafını müəyyən etməyə imkan verir. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Əliyevin sözlərinə görə, 2011-ci ildə Energetika Nazirliyinin fəaliyyət istiqamətlərindən biri alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı olacaq.

Hazırda nazirlik bu sahədə beş layihə üzrə iş aparır. Bu layihələr çərçivəsində işlərin bir hissəsi artıq görülüb, həmçinin hazırlıq işləri aparılıb, müvafiq avadanlıqlar gətirilib. Nazir layihələrdən Qobustandakı hibrid elektrik stansiyasının tikintisinin adını çəkib. Eləcə də, işlərin bir hissəsinin Qaradağ rayonu ərazisində görülməsi nəzərdə tutulub.

"Bu il layihələr üzrə işlər başa çatdırılacaq, nəticələr isə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin gələcəyinin necə olacağını müəyyən etməyə imkan verəcək", - Əliyev bildirib.

Onun sözlərinə görə, bu halda söhbət pilot layihələrdən gedir.

"Söhbət bu gün elektrik enerjisinin istehsalının alternativ enerji mənbələri hesabına artırılacağından getmir. Lakin biz pilot layihələri həyata keçirməklə bu istiqamətin gələcəyini müəyyən edə bilərik", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti