...

ARDNŞ-nin ekologiya məsələləri üzrə yeni vitse-prezidenti təyin edilib

Energetika Materials 17 Mart 2011 16:53 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin ekologiya məsələləri üzrə yeni vitse-prezidenti Rafiq Hüseyzadəni təqdim edib.
ARDNŞ-nin ekologiya məsələləri üzrə yeni vitse-prezidenti təyin edilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin ekologiya məsələləri üzrə yeni vitse-prezidenti Rəfiqə Hüseyzadəni təqdim edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Hüseynzadə ARDNŞ-nin vitse-prezidenti vəzifəsinə təyin olunmamışdan əvvəl 1996-cı ildən "Azneft" İstehsalat Birliyi və "Schlumberger" şirkətinin yaratdığı "Azlab" QSC-nin baş meneceri işləyib.

Bundan əvvəl ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti vəzifəsini digər işə keçirilən Soltan Əliyev tutmuşdu.

Hüseynzadə ARDNŞ rəhbərliyinin ümumi iclasında təqdim edilib.

Xəbər lenti

Xəbər lenti